Avropa Birliyi (AB) İranın bir neçə şirkətinə qarşı sanksiya tətbiq etmək niyyətindədir.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bir müddət öncə AB-nin məhkəmə sistemi yasaqları ləğv etsə də, qurumun siyasi rəhbərliyi qadağaları yenidən tətbiq etmək qərarına gəlib.
«Röyter» agentliyi bildirib , bu sanksiyalar ölkənin bir neçə bankına, o cümlədən «Persia International Bank», «Export Development Bank of Iran» və «Bank Refah Karagan»a tətbiq ediləcək.
Mənbə onu da bildirib ki, bununla yalnız mövcud yasaqların genişləndirilməsi deyil, dəstəklənməsi planlaşdırılır.
Məlumata əsasən, sanksiyalar Avropa Birliyinə üzv dövlətlərinin hakimiyyətləri tərəfindən də dəstək almalıdır.