AB dövlətləri varlılara pasport «satır»
15 noyabr 2013 06:48 (UTC +04:00)

AB dövlətləri varlılara pasport «satır»

Avropa komissiyası bildirib ki, əcnəbi varlıların vətəndaşlıq almasını ləngitmək üçün Avropa Birliyi ölkələrindəki hakimiyyətlərə onun yasaq qoymaq səlahiyyəti yoxdur.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu həftə Malta xarici imkanlı sərmayəçilərə  AB ölkələri vətəndaşlığı verilməsi prosesinin sürətləndirilməsi təklifi ilə çıxış edib.

 

Vətəndaşlıq üçün Malta iqtisadiyyatına 650 min avro (865 min dollar) sərmayə qoyulması tələb olunur.

 

Oxşar təkliflə İspaniya, Macarıstan və Avropanın daha bir neçə dövləti çıxışı edib.

 

Mütəxəssislərin məlumatına əsasən, Avropa vətəndaşlığı alacaq namizədlər  arasında çinli imkanlılar daha iddialı sayılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1025
avatar

Oxşar yazılar