Avropa Birliyinin (AB) ali komissarı Ketrin Eşton Misir hakimiyyətini devrilmiş prezident Məhəmməd Mursini azad etməyə çağırıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, AB onu siyasi məhbus sayır.
K.Eştonun adından yayımlanan bəyanatda deyilib ki, o, Misir siyasilərlə görüşündə M.Mursi və başqa siyasi məhbusların azad edilməsini istəyib.