Avropa Birliyinin (AB) İran üzrə özəl elçisi ola bilər. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu məsələ birliyin diplomatik çevrələrində müzakirə edilir.
Xəbərlərə əsasən, yaxın zamanlarda Tehranda Avropa Birliyinin səfirliyi də açıla bilər. Bunun bağlı təklif birliyin ali komissarı Ketrin Eştona təqdim olunub.
Bu istiqamətdə işlərin uğurla getməsi yalnız İranın atom-nüvə proqramı ilə bağlı «altılıq»la danışıqların nəticəsindən asılıdır.
Xatırladaq ki, BMT-nin İran üzrə özəl məruzəçisi 10 ilə yaxındır təyin olunub. Ancaq Tehran hakimiyyəti indiyədək onu İslam Respublikası ərazisinə buraxmayıb.