Avropa Birliyi ərazisində 2011-ci ilin fevralından bəri işsizlərin sayında ilk dəfə azalma müşahidə olunub.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu haqda «eurostat» statistika agentliyi açıqlama yayıb.
Cari ilin oktyabrında avrozonada işsizlərin sayı 12,1 faizədək azalıb. Bununla belə qurum ərazisində 18 milyona yaxın işsiz var. AB dövlətlərində işsizləri sayı fərqlidir.
Məsələn, İspaniya və Yunanıstanda onların sayı 27 faiz olduğu halda, Avtsriyada cəmi 5 faizdir.
İqtisadiyyatın inkişafı da zəifdir. İkinci rübdə 0,3 faiz, üçüncü də isə inkişaf 0,1 faiz təşkil edib.
Avrokomissiya 2014-cü ildə iqtisadiyyatın səviyyəsinin 1,1 faiz, 2015-ci ildə isə 1, 7 faiz artacağını proqnozlaşdırır.