Avqusutun 6-da Yəmənin mərkəzində silahlılar hərbi vertolyotu vurub, nəticədə 8 hərbçi həlak olub.
Lent.az-ın «RİA Novosti»yə istinadən məlumatına görə, vertolyot Mərib əyalətində partlayışdan zədələnmiş neft borusunu təmir edən sapyorlara havadan dəstək üçün cəlb edilibmiş.
«Helikopter yer səthinə yaxın məsafədə olduqda güclü atəşə məruz qalaraq qəzaya uğrayıb» - deyə, Yəmən Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Qəza nəticəsində 2 pilot və briqada komandiri daxil olmaqla 6 hərbçi həlak olub.