APA-nın «Fars» xəbər agentliyinə istinadən məlumatına görə, bunu ABŞ-da nəşr olunan «The New York Times» qəzeti yazıb.
Xəbərdə bildirilir ki, rəsmi Tehran Bağdad vasitəsilə göndərdiyi mesajda Vaşinqtonla ciddi mövzularla bağlı görüşməyə hazır olduğunu açıqlayıb. Qəzet mövzunun iyul ayının əvvəlində Bağdadda ABŞ səfiri ilə İraqın baş naziri arasında keçirilən görüşdə gündəmə gəldiyini qeyd edir. Məlumatda görüşdə Nuri əl-Malikinin bəzi iranlı səlahiyyətlilərlə əlaqədə olduğunu söylədiyi, lakin həmin şəxslərin kimlər olduğunu açıqlamadığı vurğulanır. Qəzet İraqın baş nazirinin bu ay ABŞ hökumətinə İranın nüvə mövzusunda birbaşa görüşməyin tərəfdarı olduğunu və rəsmi Bağdadın bu görüşləri asanlaşdırmaq üçün hazır olduğunu bildirdiyini yazıb.