"Moldovanın AB-yə qoşulması strateji vəzifədir"
15 noyabr 2013 07:40 (UTC +04:00)

"Moldovanın AB-yə qoşulması strateji vəzifədir"

Moldova parlamenti noyabrın 14-də ölkənin Avropa Birliyinə inteqrasiyasının dəstəklənməsi haqqında bəyanat qəbul edib.

Lent.az-ın “İTAR-TASS”a istinadən məlumatına görə, sənədin qəbul olunmasının lehinə hakim “Avropasevər idarəçiliyin koalisiyası”  və Liberallar Partiyasının deputatları səs verib. Kommunistlər və sosialistlər isə bu təşəbbüsü  tənqid ediblər.  

 

“Moldovanın AB-yə qoşulması strateji vəzifə və geri dönməz prosesdir. Assosiasiya haqqında müqavilənin paraflanması və imzalanması istiqamətində hökumətin həyata keçirdiyi lazımi tədbirlər  yekun məqsədə - Avropa Birliyinə qoşulmasına nail olmağı təmin edəcək”- deyə,   parlament sədrinin müavini Adrey Kadru sənədin təqdimatında bildirib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 587
avatar

Oxşar yazılar