"G20" liderlərinin Suriyaya dair fikir ayrılığının olduğu təsdiqlənib
06 sentyabr 2013 04:51 (UTC +04:00)

"G20" liderlərinin Suriyaya dair fikir ayrılığının olduğu təsdiqlənib

«G20» liderlərinin Peterqofda baş tutmuş işçi şam yeməyi Suriyaya dair fikir ayrılığını təsdiqləyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə bu gün İtaliyanın baş naziri Enriko Leta bildirib.    

 

“Artıq sona çatmış şam yeməyi zamanı Suriyaya dair mövqelərdə fikir ayrılığının olduğu  təsdiqləndi” -deyə, İtaliyanın hökumət başçısı "Twitter" səhifəsində fikirləri ilə bölüşüb.   

 

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, Suriya məsələsinin müzakirəsi zamanı bir sıra dövlətlər beynəlxalq qurumlara əhəmiyyət vermədən təcili addımların atılmasının zəruriliyini qeyd ediblər. “Digər bir qrup dövlət isə beynəlxalq hüququ əsas tutmağı çağıraraq qeyd edib ki, güc tətbiqinə dair qərar vermək hüququ yalnız BMT Təhlükəsizlik Şurasının səlahiyyətindədir”, deyə Peskov qeyd edib. Rusiya prezidentinin mətbuat katibi əlavə edib ki, “qüvvələr təxminən bərabər qruplara bölünüb”.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 585
avatar

Oxşar yazılar