[b]Tramp Obamanın daha bir qadağasını ləğv etdi[/b]
05 may 2017 07:24 (UTC +04:00)

[b]Tramp Obamanın daha bir qadağasını ləğv etdi[/b]

0

ABŞ prezidenti Donald Tramp administrasiyası yüksək dəqiqliyə malik idarə olunan raketlərin Ər Riyada satışına qoyulan qadağanı ləğv edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanının XİN rəhbəri Adel əl Cubeyr bildirib.

 

Söhbət 1 mlrd. dollardan çox dəyəri olan yüksək dəqiqliyə malik “Paveway” tipli raketlərin  satışına dair sazişdən gedir.

 

Qeyd edək ki, sazişin icrası Barak Obama administrasiyası tərəfindən dondurulmuşdu. Buna səbəb kimi Səudiyyə Ərəbistanının dinc əhalinin kütləvi qırğını ilə müşahidə edilən Yəməndəki münaqişədə iştirakı göstərilmişdi.  

 

Sazişin yaxın günlərdə Konqresə təqdim edilməsi gözlənilir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar