<b>Kim Çen In Trampla görüşməyə hazırdır</b>
28 mart 2018 05:20 (UTC +04:00)

Kim Çen In Trampla görüşməyə hazırdır

Şimali Koreya lideri Kim Çen In Pekinə səfəri zamanı ABŞ və Cənubi Koreya ilə dialoq aparmağa və bu ölkələrin liderləri ilə görüşməyə hazır olduğu bəyan edib.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Kim Çen Inın Çinə qeyri-rəsmi səfəri 25-28 mart tarixlərində baş tutub.

 

Qeyd edək ki, bu Kim Çen Inın Şimali Koreya lideri postunda ilk xarici səfəri olub.

 

“KXDR Cənubi Koreya ilə əməkdaşlıq münasibətləri qurmağa, fikir ayrılıqlarını nizamlamağa və iki ölkənin sammitini keçirməyə hazırdır. KXDR ABŞ-la dialoqa hazırdır və  iki ölkə arasında sammit keçirməyə hazırdır”, - deyə Kim Çen In bildirib.

 

Çin lideri Si Tszinpin KXDR-in Koreya probleminin nizamlanması istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 392
avatar

Oxşar yazılar