<b>Kataloniya rəhbərliyi müstəqillik bəyannaməsini imzaladı</b>
11 oktyabr 2017 00:52 (UTC +04:00)

Kataloniya rəhbərliyi müstəqillik bəyannaməsini imzaladı

Kataloniya hökumətinin rəhbəri Karles Puçdemon, onun müavini Oriol Junkeras və region parlamentinin spikeri Karme Forkadel müstəqillik haqqında bəyannaməni imzalayıblar.   

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sənədi həmçinin regionun müstəqilliyini dəstəkləyən 72 deputat da imzalayıblar. Hakim koalisiyadan qeyd olunan bəyannamənin hələlik hüquqi qüvvəyə malik olmadığını bildiriblər. Barselona və Madrid arasında danışıqların uğursuz nəticələnəcəyi təqdirdə sənədin təsdiqlənməsi üçün parlamentdə səsverməyə çıxarılacağı gözlənilir.  

 

Kataloniya rəhbərliyi müstəqillik haqqında bəyannaməni imzalayıb

 

Kataloniya hökumətinin rəhbəri Karles Puçdemon, onun müavini Oriol Junkeras və region parlamentinin spikeri Karme Forkadel müstəqillik haqqında bəyannaməni imzalayıblar.   

 

Sənədi həmçinin regionun müstəqilliyini dəstəkləyən deputatlar da imzalayıblar.   

 

Qeyd edək ki,  Karles Puçdemon bundan əvvəl Kataloniya deputatlarının qarşısında çıxışı zamanı parlamenti müstəqillik elan etməyi dayandırmağa çağırıb.  

 

K.Puçdemon razılaşdırılmış qərarın qəbul edilməsi üçün rəsmi Madridlə dialoqa başlamağın lazım olduğunu qeyd edib.  

 

Bununla belə o vurğulayıb ki, 1 oktyabr tarixli səsvermənin nəticələri regionun müstəqil respublika olmasına haqq qazandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 214
avatar

Oxşar yazılar