ABŞ-ın Nyu-York ştatında yüngülmotorlu təyyarə qəzaya uğrayıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Lonq-Aylend adası yaxınlığında qeydə alınıb.
Təyyarənin qəzaya uğradığı yerdə güclü yanğın başlayıb. Əraziyə yanğınsöndürənlər cəlb edilib. Qəza nəticəsində təyyarənin pilotu ölüb. Hadisənin səbəbləri araşdırılır.