Ağ Evin saytında Ukrayna prezidenti Viktor Yanukoviçə sanksiya tətbiqi ilə bağlı müraciətə imzatoplama kampaniyası davam edir.
Lent.az-ın Rusiya informasiya vasitələrinə istinadən məlumatına görə, artıq yüz min imza toplanıb.
Bununla da Barak Obama hakimiyyəti ehtiyac duyarsa, həmin müraciətə baxa bilər.
Xatırladaq ki, bu kampaniyaya səbəb Viktor Yanukoviçin Avropa Birliyi ilə assosiasiya haqqında müqaviləni imzalamaqdan imtina etməsidir.