Ukraynanın baş naziri Nikolay Azarov Avropa Birliyi (AB) ilə müqavilə məsələsinə 6 aydan sonra baxılacağının mümkünlüyünü deyib.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda o, «İnter» telekanalına müsahibəsində açıqlama verib.
Baş nazir bəyan edib ki, Ukraynan Avropa Birliyi ilə assosiasiya haqqında müqaviləni imzalamağa hazırlıq prosesini dayandırmaqla Rusiya, Belorus və Qazaxıstanın Gömrük Birliyinə getmir : «Müqaviləni imzalamağa dayandırmağımız strateji deyil, taktiki qərardır. Avropaya inteqrasiyanı Gömrük Birliyi ilə əməkdaşlığa qarşı qoymaq lazım deyil».
Xatırladaq ki, noyabrın 21-də Ukrayna hakimiyyəti Avropa Birliyinə inteqrasiya prosesinə hazırlığı dayandırdığını bəyan edib. Hakimiyyət bu qərarını Rusiya ilə iqtisadi münasibətləri inkişaf etdirməklə əlaqələndirib.
Ukrayna müxalifəti noyabrın 24-də Kiyevdə hakimiyyətin Avropa Birliyi ilə bağlı qərarına etiraz aksiyası keçirməyi planlaşdırıb.