«Ukrayna təbii qazı  Avropadan daha ucuz alır»
19 iyun 2013 06:50 (UTC +04:00)

«Ukrayna təbii qazı  Avropadan daha ucuz alır»

Ukraynanın baş naziri Nikolay Azarov bildirib ki, Rusiyadan aldıqları «mavi yanacaq» ın min kub metri Almaniyanın «RWE» şirkətindən aldıqlarından 100 dollar bahadır.

 

Lent.az-ın «İnterfaks»a istinadən məlumatına görə, baş nazir Parisdə Fransa iş adamları ilə görüşdə deyib: «Biz Polşa, Slovakiya və Macarıstandan keçərək, «RWE»-dən təbii qaz alırıq. Bu bizə Rusiya sərhədində aldığımızdan xeyli ucuzdur. «RWE» də bizə Rusiyadan idxal etdiyimiz tərkibdə təbii qa satır».

 

O, bildirib ki, Ukrayna hər il «mavi yanacağa» görə Rusiyaya 7 milyard dollar ödəyir.

 

Ukrayna Dövlət Statistikasının məlumatına əsasən, 2013-cü ilin yanvarında Ukrayna Rusiyadan idxal etdiyi təbii qazın min kub metrinə 425,6 dollar, Almaniyadan aldığına isə 390 dollar ödəyir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 782
avatar

Oxşar yazılar