Suriya kimyəvi silahın qadağan olunması haqqında konvensiyanın tamhüquqlu üzvü olub.
Lent.az-ın «İnterfaks»-a istinadən məlumatına görə, bunu sentyabrın 13-də Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri bəyan edib.
Onun sözlərinə görə, ölkə prezidenti Bəşər Əsəd BMT-nin baş katibi pan Ge Munun adına uyğun müraciəti imzalayıb.
BMT baş katibinin təmsilçisi Fərxan Xak bildirib ki, həmin sənədi öyrənmək üçün təşkilata vaxt lazımdır.
«Bu sənədin konvensiyaya qoşulmaq üçün yetərli olmasını müəyyən etmək vacibdir. Çünki bundan ötrü müəyyən edilmiş hüquq prosedur mövcuddur»-deyə, təmsilçi söyləyib.
B.Cəfəri də onun dediklərini təsdiqləyərək, deyib: «Hüquqi baxımdan Suriya bu gündən kimyəvi silahın qadağan olunması haqqında konvensiyanın tamhüquqlu üzvü olur».
Suriya təmsilçisi vurğulayıb ki, Suriya hakimiyyəti kimyəvi silah ehtiyatını “İsrailin nüvə arsenalının qarşısını almaq üçün bir vasitə kimi saxlayırdı».
Diplomatın sözlərinə görə, BMT baş katibi Pan Ge Muna Suriyanın xarici işlər naziri Valid Müəllim adından uyğun məzmunlu məktub da artıq göndərilib.