Rusiyanın Edvard Snoudenə sığınacaq verməsi ikitərəfli münasibətlərin bütün sahələrinə təsirini göstərəcək.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, ABŞ Silahlı qüvvələri qərargah rəislərinin birləşmiş komitəsinin sədri Martin Dempsi belə bir bəyanatla çıxış edib.
Rusiyanın Snoudenə sığınacaq verəcəyi halda onun nəticələri barəsində senator Lindisi Qremanın sualına cavabda Dempsi deyib :«Fikrimcə, bu, münasibətlərimizin bütün sahələrinə - hərbi, iqtisadi öz təsirini göstərəcək».
Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snouden ABŞ tərəfindən kəşfiyyat sirlərini yaymaqda günahlandırılır.