Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snouden siyasi sığınacaq almaq üçün Rusiya hakimiyyətinə müraciət edib.
Lent.az-ın «interfaks»a istinadən məlumatına görə, bu barədə «Nyu-York tayms» qəzeti iyulun biri tarixli sayında yazıb.
Qəzet bildirib ki, Snouden bu haqda sorğunu onu müşayiət edən «Wikileaks» veb-saytının əməkdaşı Sara Harrison vasitəsi ilə ötürüb.
Qəzetin müsahibi Rusiyanın Xarici İşlər Nazirliyi sorğuya hələ cavab verməyib.