Şimali Koreya lideri ögey anasını işdən çıxarıb
04 iyul 2013 06:51 (UTC +04:00)

 Şimali Koreya lideri ögey anasını işdən çıxarıb

Şimali Koreyanın keçmiş lideri Kim Çen İrin dul qalmış 49 yaşlı həyat yoldaşı Kim Ok tutduğu vəzifədən azad edilib.

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, o, əvvəllər Koreya Əmək partiyasında incəsənət komitəsinin katibi vəzifəsində çalışıb.

Kim Ok ölkənin indiki başçısı Kim Çen Inın analığıdır. Ölkənin keçmiş liderinin qaynatası Kim H edə istefaya göndərilib. O, Əmək Partiyasının maliyyə komitəsinə rəhbərlik edib.

Cənubi Koreya mətbuatının yazdığına əsasən, bu istefalar «siyasi təmizlik» mərhələsinə işarədir. Başqa sözlə Kim Çen In «keçmiş qvardiyadan» canını qurtarır.

Məlumatda bildirilib ki, Kim Ok, yaxud indiki dövlət başçısının analığı, Kim Çen İrin katibi olub. Kim Çen Inın anası, atasının üçüncü arvadı öldükdən sonra o, Şimali Koreya liderinə ərə gedib.

Hazırda ögey ana kürəyində və damarlarındakı ağrılardan xəstəxanada müalicə olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1008
avatar

Oxşar yazılar