ABŞ Kennen İnstitutunun direktoru Metyü Rojanski bildirib ki, Suriyadakı kimyəvi silahların beynəlxalq nəzarət verilməsi ilə bağlı Rusiyanın təşəbbüsü ABŞ prezidenti Barak Obamanın əsas təsir vasitəsinə təsir göstərə bilməyəcək.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, deyib: «Fikrimcə, bu, ABŞ üçün məsələni həll yolunu mürəkkəbləşdirəcək.B u prezidenti hesablamalarına əsaslı təsir edəcəyini bilmirəm. Mənə elə gəlir ki, Obama konqresdən tam dəstək almaq üçün yol tapsa, bunu ardınca müttəfiqlər və bölgədən dəstəklənərsə onda onun kimsəyə ehtiyacı olmayacaq. Çünki onun nüfuzunun at belində olduğunu o, yaxşı bilir. Bu vəziyyəti o, özü üçün yaradıb və ruslar bunu dəyişə bilməz».
Direktorun sözlərinə əsasən, Rusiya Qərbin müdaxiləsini yalnız gecikdirə bilər.
Rojanski bildirib ki, Barak Obama Buş kimi təkbaşına fəaliyyət göstərmək istəmir, bu səbəbdən də o, konqresin tam dəstəyini almaq istəyir: «Odur ki, qərar hələ qəbul olunmayıb».