«Rusiya da AB-yə və NATO-ya gələcək»
17 sentyabr 2013 04:59 (UTC +04:00)

«Rusiya da AB-yə və NATO-ya gələcək»

Gürcüstanın baş naziri Bidzina İvanişvili ölkəsinin Avroasiya İttifaqına daxil olacağı barədə deyilənlərə aydınlıq gətirib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Latviyada çıxan «teleqraf» qəzetinə müsahibəsində gürcü lideri deyib ki, bu müxalifətin «boşboğazlığıdır».

 

«Siyasətdə olduğum ilk gündən bildirmişəm, yenə də bəyan edirəm ki, Gürcüstanın strategiyası avroatlantik qurumlara inteqrasiyadır. Avrasiya İttifaqı haqda mənə sual verəndə dedim ki, biz hələ bütün variantları araşdırırıq və əgər görsək bu bizim strategiyamıza xələl gətirmir, xeyirli və dövlətimiz üçün sərfəlidir, onda nədən daxil olmayaq? Onu yenidən təkrarlaya bilərəm. Burada hanı ziddiyyət?

 

Baxın, Ermənistan bu yaxınlarda Gömrük İttifaqına daxil olduğunu bildirib. Olanlara dialektik yanaşmaq lazımdır. Rusiya Avropasız keçinə bilməz, gec - tez  Rusiya Avropa Birliyinə, eləcə də NATO-ya gələcək. Qlobal siyasətdə yönlər dəyişir. Düzdür, indi Rusiyanın ABŞ və Avropa Birliyi ilə münasibəti mürəkkəbdir. Ancaq hər nə tez bir zamanda dəyişə bilər»- deyə, Bidzina İvanişvili söyləyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 755
avatar

Oxşar yazılar