«Kreml «Etibar və təhlükəsizlik haqqında» qaydaları pozub»
30 mart 2013 05:39 (UTC +04:00)

«Kreml «Etibar və təhlükəsizlik haqqında» qaydaları pozub»

 

Rusiya «Etibar və təhlükəsizlik haqqında» qaydaları pozub

Gürcüstanın Xarici İşlər Nazirliyi Rusiya Silahlı Qüvvələrinin Qara dənizdə hərbi təlim keçirməsindən rahatsız olduqlarını bildirib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu təlimdə 7 minə yaxın hərbçi, 30 hərbi gəmi, 250-yə yaxın zirehli maşın, 50-ə qədər artilleriya qurğusu, 20 döyüş təyyarəsi və vertolyot iştirak edib.

 

«Rusiya rəhbərliyinin təmsilçiləri təlimin davamı və hərbi bölmələrin yerləşdiyi yer barədə dəqiq məlumat verməyib» - deyə, nazirlik bildirib.

 

Gürcüstan diplomatları bu təlim  2011-ci ildə Vyanada «Etibar və təhlükəsizlik haqqında» qəbul edilmiş sənədin qaydalarına uyğun olmadığın vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 762
avatar

Oxşar yazılar