«Qardian» Snoudenin materiallarını məhv edib
21 avqust 2013 04:37 (UTC +04:00)

«Qardian» Snoudenin materiallarını məhv edib

Avqustun əvvəlində Britaniyada çıxan «Qardian» qəzetinin jurnalisti Glenn Grinvald əlində ABŞ hakimiyyətinin 20 min gizli sənədi olduğunu bildirmişdi.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə,

Britaniya  hakimiyyəti qəzetin əməkdaşlarının  ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı  Edvard Snoudendən alınmış məxfi materialları məhv etməyə məcbur edib.

Bu haqda avqusutun 20də «Qardian»ınn baş redaktoru  Alan Rusbridger məlumat verib. O, həmin diskin məxfi xidmətin 2 əməkdaşının iştirakı ilə qəzetin ofisində məhv edildiyini söyləyib. Baş redaktor bu materialların qəzetdə dərcindən sonra hakimiyyət  tərəfindən  təqiblərə məruz qaldıqlarını da bildirib.



Xatırladaq ki, Glenn Grinvald bu sənədləri ona Edvard Snoudenin verdiyi söyləmişdi.

 

Hazırda Braziliyada yaşayan Grinvald yerli senatın beynəlxalq münasibətlər üzrə komissiyası qarşısında çıxışı zamanı bu haqda məlumat versə də, sənədlərin məzmunundan danışmamışdı.

 

Qeyd edək ki, o, Snoudenlə bağlı məlumatı məhz ilk dəfə «Qardian»-da çap etdirib və həmin xəbərlə məşhurlaşıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 446
avatar

Oxşar yazılar