«Müsəlman qardaşları» hərəkatı Misirin yeni keçid hökumətini qanunsuz sayıb.
Lent.az-ın «interfaks»a istinadən məlumatına görə, bu haqda qurumun təmsilçisi Cihad əl-Xəddad açıqlama verib.
O, bu bəyanatı keçid hökumətinin baş naziri Xazəm Babləvi yeni kabineti elan etdikdən sonra verib.
Xatırladaq ki, Xazəm Babləvi başda olmaqla iyulun 16-da keçid hökumətin üzvləri müvəqqəti prezident Ədli Mənsur qarşısında and içib.