Ötən gün Misirin müvəqqəti hakimiyyəti «Müsəlman qardaşları» hərəkatının çoxlu sayda fəalı və liderini həbs edib. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, onların arasında hərəkatın mənəvi rəhbəri Məhəmməd Bədia də var.
«Əl-Ərəbiyyə» telekanalı avqustun 20-də bildirib ki, Misir məhkəməsinin qərarı ilə onun həbs müddəti daha 15 gün uzadılıb.
Rəsmi Vaşınqton Məhəmməd Bədianın həbsini pis qarşılayıb. Ağ Evin təmsilçisi Coş Ernest bəyan edib ki, Misirin müvəqqəti hakimiyyəti siyasi proseslərin aparılması qaydalarını pozur.
Məhəmməd Bədia avqustun 20-nə keçən gecə «etirazçıları qətlə yetirməyə təhrik etmək» ittihamı ilə saxlanılıb.