İyulun 4-də gecə Misirin Azadlıq və Ədalət Partiyasının, «Müsəlman qardaşları» hərəkatının siyasi qanadının başçısı Səəd əl-Katatni və hərəkatın liderlərindən biri Rəşad Bayumi həbs olunub.
Lent.az-ın «nysuru»-ya istinadən məlumatına görə, bu haqda Misirdə çıxan «əl-Ehram» qəzeti xəbər yayıb.
«Röyter» bildirib ki, əl-Katatni və Bayumi 2011-ci ilin yanvarında «müsəlman qardaşları»nın rəhbərliyindəki 34 nəfəri həbsxanadan qaçmasında iştirakda şübhəli bilindikləri üçün həbs ediliblər.