Kiyev milisi «Avromaydan»-ın dağıdılması nəticəsində bir qızın həlak olması faktını təkzib edib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, milis idarəsindən bidirilib: «Bu xəbəri yoxladıq, ölüm olmayıb».
***
22.09
Kiyevdə «Avromaydan»-dakı mitinq dağıdılan zaman bir qız həlak olub.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda sosial şəbəkədə xəbər yayılıb.
«Tvitter» istifadəçisi olayla bağlı bunları yazıb: «Maydanda döyülən qız həlak olub. Bu ölkədə və hakimiyyətdə nə baş verir? Sonra nə olacaq?».
Şəbəkə istifadəçisi ölkə prezidenti Viktor Yanukoviçə «xalqıma qarşı getməyəcəyəm» vədini xatırladıb.
Aksiya iştirakçısını ölməsi ilə bağlı xəbəri Ukrayna KİV-də yayıb.