İsveç məhkəməsi ölkə vətəndaşı Styur Berqvalla bəraət verib.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, o, 20 il öncə ardıcı qətllər törətməkdə suçlu bilinmişdi.
Həm də Tomas Kvik adı altında tanınan Berqvall 1990-cı illərdə 8 qətl törətdiyi üçün psixiatrik müəssisədə saxlanılmaqda azadlıqdan məhrum edilmişdi.
İstinataq zamanı o, qurbanlarına xəsarət yetirdiyini, onları zorlandığını və onların qalıqlarını yediyini etiraf edib.
20 ildən sonra aydın olub ki, qalmaqallı cinayət işlərini tez bağlmaq üçün müstəntiqlər istintaq zamanı Berqvalla psixotrop maddələr vurublar.
«İsveç adamyeyəni»nin məhkəmə araşdırması ölkə KİV-də böyük marağa səbəb olub. Bir çoxu məhkəmənin qərarına şübhə ilə yanaşıb. Məhkəmə isə baş vermişq qətllərin heç birində onun əlinin olmamasını aşkarlayıb.
İsveçin baş prokuroru Anders Perklev Berqvallın məhkəmə prosesini «məhkəmə sisteminin uğursuzluğu» adlandırıb.
Hazırda psixiatrik xəstəxanada olan Berqvall bir neçə aydan sonra sərbəst buraxılacaq.