İyulun 16-da İraq hakimiyyəti bildirib ki, dövlət ordusu ilə «İraq İslam Dövləti» yaraqlıları arasında silahlı qarşıdurma olub.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, onların müftisi həmin döyüşdə öldürülüb.
Rəsmi mənbələr bildirib ki, döyüş Səlahəddin əyalətinin mərkəzi Tikritin şimalında Sakariyyət rayonunda baş verib. Atışma nəticəsində İraq ordusunun 2 hərbçisi, «İraq İslam Dövləti» yaraqlılarının isə 4 döyüşçüsü həlak olub.
Bu qruplaşma 2006-cı ildə yaradılıb. Onların «əl-Qaidə» ilə əlaqəsi olduğu ehtimal edilir.
Bu «dövlət»in hədəfi İraqda islam qaydalarına uyğun dövlət qurmaq, eləcə də Mosul və Kərkükdəki neft yataqları üzərində nəzarəti ələ keçirməkdir.
Xatırladaq ki, həmin əyalətlərdəki neft yataqları İraqın şimalındakı kürd idarəçilərinin əlindədir.