«İran təminat verməlidir»
15 noyabr 2013 02:50 (UTC +04:00)

«İran təminat verməlidir»

«Razılaşmada İran nüvə silahı əldə etməyəcəyinə təminat verməlidir». Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, ABŞ-ın dövlət katibi Con Kerri noyabrın 14-də  «MCNBC» telekanalına müsahibəsində bu açıqlamanı verib.

 

Onun sözlərinə əsasən, Barak Obama hakimiyyəti İsrailin təhlükəsizliyinin təmin  edəcək, «İranın gələcəkdə atom bombası əldə etməyəcəyi ilə bağlı etibarlı təminata nail olunacaq» razılaşma istəyir.

 

Kerri qeyd edib ki, Tehranla «altılıq» arasında keçirilən danışıqlardan İsrailin rahatsız olmasını anlaşıqla qarşılayır.

 

Dövlət katibi İsrail baş nazirini əmin edib ki, ABŞ İranın nüvə silahı əldə etməsi imkanına malik olmamasını istəyir.

 

Bununla belə o, müsahibəsində Tehranın nüvə problemi ilə bağlı İsraillə ABŞ arasında fikir ayrılığının olduğunu etiraf edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 676
avatar

Oxşar yazılar