ABŞ Xəzinədarlığı Livan «Hizbullah»-ının 4 yüksək vəzifəlisinə maliyyə sanksiyası tətbiq edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Xəlil Hərba, Məhəmməd Kavtarani, Məhəmədyusif Əhmədmənsur və Məhəmməd Kabalan Xəyal Suriya, Misir, İsrail, İraq, Yəmən kimi Yaxın Şərq ölkələrində sabitliyin pozulması və terror aksiyalarının təşkil ediblər.
Xatırladaq ki, ABŞ 1997-ci ildən «Hizbullah»ı terrorçular siyahısına daxil edib. Avropa Birliyi isə bu qurumun hərbi qanadının Suriyadakı münaqişədə iştirakına görə onu «qara siyahı»ya salıb.