«Hərbi əməliyyatlar başlasa, Rusiya Suriyaya yardım edəcək»
06 sentyabr 2013 20:16 (UTC +04:00)

«Hərbi əməliyyatlar başlasa, Rusiya Suriyaya yardım edəcək»

0

“Suriyaya elə indi də silah veririk, iqtisadi sahədə əməkdaşlıq edirik”


 

«Rusiya indi olduğu kimi, silah göndərmək və iqtisadi sahədə əməkdaşlıq etməklə Suriya ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək».

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Rusiya prezidenti Vladimir Putin «Böyük-20»-liyin sammitinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bu bəyanatla çıxış edib.

 

 «Suriyaya hərbi zərbə endirilərsə, Rusiya bu ölkəyə yardım edəcəkmi”- sualını V. Putin belə cavablandırıb: «Bəli, kömək edəcəyik. Elə indi də kömək göstəririk. Suriyaya silah veririk, iqtisadi sahədə əməkdaşlıq edirik. Ümid edirəm ki, humanitar sahədə əməkdaşlıq daha sıx olacaq, o cümlədən hazırda çox ağır durumda qalmış mülki əhaliyə humanitar yardımlar göstəriləcək».  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 939

Oxşar yazılar