«HƏMAS» Fələstin-İsrail danışıqlarına qarşı
16 avqust 2013 04:55 (UTC +04:00)

«HƏMAS» Fələstin-İsrail danışıqlarına qarşı

Ötən gün İsraillə Fələstin Muxtariyyətinin təmsilçiləri arasında Qüdsdə danışıqların növbəti mərhələsi olub.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə,   «HƏMAS» bu danışıqları mühakimə edərək, bildirib ki, hərəkat tərəfindən muxtariyyətin başçısı Mahmud Abbasa verilən səlahiyyətlər artıq qüvvədən düşüb.

 

«HƏMAS»  danışıqlara aparmaq üçün M.Abbasın səlahiyyətinin olmadığını bəyan edib.

 

«Mahmud Abbas və onun danışıqlar aparan komandasının Fələstin xalqı adından torpaqları işğal etmiş tərəflə müzakirəyə nə səlahiyyəti, nə də legitimliyi var»-deyə, hərəkat bildirib.

 

Qeyd edək ki, btən günki danışıqlar 5 saata yaxın davam edib. Növbəti görüşün gələn həftə İordan çayının Qərb sahilində Ramallahda keçiriləcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 332
avatar

Oxşar yazılar