Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin vəkili Fəridə əl-Diba bildirib ki, müvəkkili yaxın 48 saatda azad edilməlidir.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, vəkil H.Mübarəkə qarşı irəli sürülən korrupsiya ittihamını prokurorun ləğv etdiyini söyləyib.
«İndi formal hüquqi prosedurlar qalıb. Bu da iki sutkadan çox aparmayacaq. Mən əminəm ki, həftə sonu o, evinə dönəcək».
Bundan başqa Mübarək 2011-ci ildə baş vermiş üsyan zamanı «yüzlərlə etiraz aksiyası iştirakçısının qətlində» də təkrar mühakimə olunacaq.