"...İvanişvilinin bəyanatı fəlakətdir"
05 sentyabr 2013 07:49 (UTC +04:00)

"...İvanişvilinin bəyanatı fəlakətdir"

Gürcüstan parlamentində müxalifət fraksiyasının liderlərindən biri Georgi Qabaşvili baş nazir Bidzina İvanişvilinin ölkənin Avrasiya İttifaqına qoşulması perspektivləri ilə bağlı bəyanatını fəlakət adlandırıb. APA-nın “İnterpressnews”a istinadən verdiyi məlumata görə, Qabaşvili qeyd edib ki, İvanişvilinin baş nazir qismində bu kimi bəyanatları səsləndirməsi Gürcüstanın maraqlarına ziddir.

 

“O deyib ki, Gürcüstan hökuməti belə bir imkanı nəzərdən keçirir və bu, ölkə üçün yaxşıdırsa, niyə də olmasın. Bu bəyanat fəlakətdir. Çünki Gürcüstan vətəndaşlarının əksəriyyəti referendumda ölkənin NATO-ya üzv olmasını dəstəkləyib. Putinin layihəsinə qoşulmasını isə heç nəzəri cəhətdən ehtimal etmək olmaz, ona görə ki, bu, Gürcüstanın seçdiyi yoldan tam imtina deməkdir”, - deyə Qabaşvili parlamentdə çıxışı zamanı bəyan edib.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1389
avatar

Oxşar yazılar