«Gürcüstandakı laboratoriyamızın bioloji silahla əlaqəsi yoxdur»
30 iyul 2013 03:43 (UTC +04:00)

«Gürcüstandakı laboratoriyamızın bioloji silahla əlaqəsi yoxdur»

Tiflisdə Amerikanın maliyyə dəstəyi Riçard Luqar adına İctimai Sağlamlıq Mərkəzi fəaliyyət göstərir. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ABŞ-ın Gürcüstandakı səfiri Riçard Norland deyib ki, bu müəssisə hərbi təyinatlı deyil.

 

Rusiya hakimiyyəti ABŞ-ı Gürcüstan ərazisində bioloji silah hazırlamaqda ittiham edirdi. Səfirin bu bəyanatı Moskvanın iddiasına cavab hesab olunur.

 

İyulun 29-da Rusiyanın istehlakçıları nəzarət qurumunun başçısı Gennadi Onişenko bildirib ki, Gürcüstanın məmurları Moskvanın rahatsızlığına səbəb olmuş bu mərkəz haqqında izahat istəyirlər.

 

«Xüsusi qurğular, laboratoriyada bizim tanıdığımız ABŞ-dan olan hərbi bakterioloqların işləməsi, bizim bu müəssisə barədə şübhələrimizi artır. Orada adi amerikalı hərbçilərin işləməsi haqda nağıllar deməkdənsə, Gürcüstan hakimiyyəti etimad qazanmaq üçün bu məsələyə aydınlıq gətirməlidir» - deyə, Onişenko vurğulayıb.

 

Bu il iyulun 19-da Rusiya Xarici İşlər Nazirliyi rahatsılığı ilə bağlı bildirmişdi: «Rusiyanın sərhədi yaxınlığında ABŞ-ın Müdafiə Nazirliyi bioloji sahədə fəaliyyət göstərir».

 

Bu bəyanatdan üç gün sonra Rusiya Gürcüstandan gələn qida məhsulları üzərində nəzarəti gücləndirib. ABŞ-ın bioloji laboratoriyasının bu ölkədə fəaliyyəti əsas kimi göstərilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 748
avatar

Oxşar yazılar