«Gürcüstan ABŞ-dan ağır hərbi texnika almır»
03 avqust 2013 04:53 (UTC +04:00)

«Gürcüstan ABŞ-dan ağır hərbi texnika almır»

Gürcüstan ABŞ-dan ağır hərbi texnika almaq istiqamətində danışıqlar aparmır.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, ölkənin müdafiə naziri İrakli Alasaniya «eurasianet»-ə müsahibəsində deyib.

 

«Özəl texnikalar gəldikdə isə prezident Barak Obama ilə Mixali Saakaşvili arasında müqavilə mövcuddur. Həmin sənədə əsasən, hərbiçilərin daşınması üçün nəqliyyat, vertolyot parkına avadanlıq alacağıq. Bu müqavilə yavaş-yavaş gerçəkləşir. Biz yeni nə isə almağı planlaşdırmırıq»-deyə, o, söyləyib.

 

Müdafiə nazirinin sözlərinə görə, Gürcüstan ABŞ-dan ilk növbədə hərbi təlim və hərbçilərin təhsili sahələrində yardım gözləyir.  

 

 

Alasaniya daha sonra deyib: «Bundan başqa biz Əfqanıstanda birgə fəaliyyət göstəririk. Gilmənd əyalətində bizim hərbi və döyüş əməkdaşlığımız Gürcüstan üçün böyük təcrübədir. Amerikalı dəniz piyadaları ilə qardaşlıq səviyyəsində hazırlıq imkanlarımız genişlənir».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 371
avatar

Oxşar yazılar