İstanbulun məşhur «Gəzi» parkı ictimaiyyət üçün əvvəlki statusu ilə açıldıqdan üç saat sonra yenidən qapadılıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, buna səbəb orda etiraz aksiyası keçirməyə yenidən cəhd göstərilməsidir.
Parkı aksiyaçılardan «təmizləmək» üçün polislər su şırnaqları və göz yaşardıcı qazlardan istifadə edib.
İstanbul şəhər böyük bələdəyisinin başçısı parkın rəsmi açılışı zamanı bildirmişdi ki, «Gəzi»nin nümayişlər və «çadır şəhərciklər» yeri olmasına imkan verməyəcəklər.