Suriyadakı rejim başçısı Bəşar Əsəd kimyəvi silahların ləğvi ilə bağlı əməkdaşlıq etsə də tutduğu postdan getməlidir.
Lent.az-ın «intrefaks»-a istinadən məlumatına görə, sentyabrın 12-də ABŞ Dövlət Departamentinin təmsilçisi Mari Harf bildirib.
«Kimyəvi silahın ləğv edilməsi Suriya xalqı və bütövlükdə bölgə üçün şübhəsiz yaxşı hadisədir. Bu, bizim Əsədə olan mövqeyimizi dəyişməyəcək» -deyə, o, söyləyib.
Hafr əlavə edib:«Gələcək Suriyada Əsəd yer yoxdur».