«Fukusima»-nın keçmiş direktoru vəfat edib
09 iyul 2013 21:57 (UTC +04:00)

«Fukusima»-nın keçmiş direktoru vəfat edib

«Fukushima Daiichi» Atom Elektrik Stansiyasının keçmiş direktoru Masao Yosida 58 yaşında vəfat edib.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə,həkimlər 2011-ci ilin dekabrında onun mədəsində xərçəng aşkarlamışdı. Bu üzdəndə o, tutduğu vəzifədən istefa vermişdi. stansiyanın operatoru TEPCO şirkətinin əməkdaşı onun mədə xərçəngindən öldüyünü bildirsə də, onun xəstəliyinin şüalanma ilə əlaqədar olmadığını söyləyib.

2011-ci ilin martında stansiyada qəza baş verəndə o stansiyanın ərazisində olub və 6 ay bərpa işlərinə rəhbərlik edib.

 

Həmin müddətdə onun 70 millizivert dozasında şüalandığı da bildirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 450
avatar

Oxşar yazılar