«Fələstin-İsrail danışıqları davam edəcək»
27 avqust 2013 06:23 (UTC +04:00)

«Fələstin-İsrail danışıqları davam edəcək»

ABŞ-ın dövlət katibi Con Kerri Fələstin –İsrail sülh danışıqlarının avqustun 26-ına planlaşdırılmış  növbəti mərhələsi İordan çayının Qərb sahilindəki qarşıdurma ucbatından təxirə salınmadığın bildirib.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, avqustun 26-da hər iki tərəfin təmsilçiləri aralarındakı 4-cü görüşü keçirmək məqsədi ilə İordan çayının  Qərb sahilindəki şəhərə səfər etməli idi. İsrail KİV bunu Ramallah yaxınlığındakı Kalandi yaşayış məntəqəsində 3 nəfər fələstinlinin həlak olması ilə əlaqələndirib.

 

Kalandiya sakinləri bildirib ki, avqustun 26-da səhər çağı İsrail xüsusi xidmət orqanlarının mülki geyimli 10-13 əməkdaşı Xətibi həbs etmək məqsədi ilə qaçqın düşərgəsinə girib. Yeri fəallar həbs olunanı onların əlindən almaq istəyərkən hərbçilər atəş açıb. Bundan sonra Kalaqndiyaya TSAXAL əlavə hərbi qüvvə yeridib.

 

Fələstin hökumətinin xarici işlə naziri Rİyad əl-Maliki də danışıqların baş vermiş olayla bağlı təxirə salındığına dair xəbərləri təkzib edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 449
avatar

Oxşar yazılar