«Əsəd kimyəvi silahları Livan və İraqa daşıyır»
15 sentyabr 2013 02:45 (UTC +04:00)

«Əsəd kimyəvi silahları Livan və İraqa daşıyır»

Suriya müxalifətinin nümayəndələri Rusiya ilə ABŞ arasında bağlanan razılaşmanın əleyhinə çıxış edib.


 

Bu razılaşmaya əsasən, Bəşər Əsəd hökumətinin kimyəvi silah arsenalları beynəlxalq nəzarətə veriləcək.

 

Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, Azad Suriya Ordusunun Ali Hərbi Şurasının başçısı, general Səlim İdrisin açıqlamasında bildirib ki, bu addım Rusiya tərəfindən rəsmi Dəməşqə  «vaxt udmaq» üçün atılıb.  

 

S.İdris bəyan edib ki, Bəşər Əsədin əleyhdarların əldə etdiyi məlumata görə, hökumət qoşunları kimyəvi silah ehtiyatlarını Livan və İraqa köçürürlər. Beləliklə, onlar bu ilin noyabrında ölkəyə səfər edəcək beynəlxalq müfəttişliyinin səfərinə hazırlaşırlar.

 

Müxalifət təmsilçisi edib ki, razılaşmanın bağlanması Suriya müxalifətinin Bəşər Əsəd rejiminə qarşı atdığı addımlarına heç bir təsir etməyəcək.   

 

Müxalifət ordusu komandanlığının başqa bir təmsilçisi  Kasım Səadəddin qeyd edib ki, Azad Suriya Ordusu « BMT müfəttişlərinin qorumayacaq və onlara ölkə ərazisində işləməyə imkan verməyəcək».  

 

Xatırladaq ki,  ABŞ və Rusiya arasında əldə olunan razılaşmaya əsasən, beynəlxalq nəzarətə veriləcək Suriyanın kimyəvi silah arsenallarını 2014-cü ilin ortalarında məhv etmək planlaşdırılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 581
avatar

Oxşar yazılar