ABŞ-da hakimiyyət iki erməni-qaçağı axtarır. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, onlar aldatma yolu ilə «Medicare»-dən 1,3 milyon dollar almağa cəhddə ittiham olunur. Bu oğru ermənilərin Kaliforniya ştatının Qlendeyl və ya ona yaxın rayonlardan birində gizləndiyi ehtimal edilir.
«Glendale News-Press»-in yazdığına görə, Anuş Saakyan və Karo Qotti Bloxyan ABŞ-ın Səhiyyə və Sosial Xiddmət departamentinin ən çox axtarılanlar siyahısına başçılıq edir. Onlar Cənubi Karolina ştatında saxta tibbi klinikadan istifadə sxemində iştirakda ittiham olunurlar.
Saakyan və Blxoyana qarşı ittiham 2012-ci ilin avqustunda irəli sürülüb.
Bloxyan Saakyana və başqa iki ittiham olunan qəbzləri nəğdləşdirməyi tapşırıb. Həmin saxta klinika adı ilə onlar «Medicare»-dən yalan yolu ilə 1,1 milyon dollar pul alırlar.
«Medicare» əvvəlcə 300 min dollar ödəyir, ancaq sonra məmurlar xəstələrin əsasən Kaliforniya və Nyu-Yorkdan olduğunu görüb, araşdırmaya başlayırlar.
ABŞ Federal Araşdırma Bürosu və Daxili Gəlir Xidmətinin araşdırmasından sonra bəhs etdiyimiz sxem ortaya çıxır.
Kaliforniya ştatının Qlendeyl şəhərində başqa növbəti də dəfə oğurluq edən erməni həbs olunub. Vaqik Xacikyan adlı 50 yaşlı erməni 55 yaşlı qadının ərzaq və yemək dolu zənbilini oğurlayıb qaçarkən, tutulub