«Əl-Cəzirə» telekanalının rəhbərliyi Misir hakimiyyəti beynəlxalq məhkəməyə vermək niyyətindədir.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, bu haqda müraciət kanalın saytın yayılıb. Sərbəst yayım fəaliyyətinin gerçəkləşdirilməsini Misirdəki hakimiyyətin təmin etməsi üçün «əl-Cəzirə» BMT-yə də müraciət edib.
Bir müddət öncə telekanal peyk siqnallarının boğduğuna görə Misirdəki müvəqqəti hakimiyyəti suçlamışdı.
Sentyabrın 3-də Misirin ali məhkəməsi «əl-Cəzirə»-nin Qahirədəki bürosunun qapadılması haqda qərar qəbul edib. Qərar əsasən telekanal «Misirin təhlükəsizliyinə təhlükə yaradır».