Misir prokurorluğu Qətərin «əl-Cəzirə» peyk telekanalının Qahirə bürosunun rəhbəri Əbdülfəttah Fayəd barəsində həbs qərarı verib.
Lent.az-ın «RİA Novosti»yə istinadən mglumatına görə, o, milli təhlükəsizliyi təhdid edən fəaliyyətə yol verməkdə ittiham olunur.
Polis Misirdə yayımlanan «əl-Cəzirə Mübaşir Məsr» telekanalının ofisində axtarış və həbslər həyata keçirib.
Telekanal rəhbərliyi hökumətin xüsusi razılığı olmadan efirə çıxmaqda suçlu bilinib.
Mənbənin bildirdiyinə əsasən,, Hüsnü Mübarək hakimiyyəti dövründən ölkənin dövlət telekanallarında islamçıların efirə çıxmasına qadağa tətbiq edildiyi halda «əl-Cəzirə» telekanalı «Müsəlman qardaşları» da daxil olmaqla, daim Misir islamçılarına informasiya dəstəyi verib.