Suriyadakı vəziyyətin tənzimlənməsi məsələsi ilə bağlı «Cenevrə-2» görüşünə hazırlıq üçün ABŞ, Rusiya və BMT-nin keçirdiyi üçtərəfli görüşə İran dəvət edilməyib.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, bu bəyanatla Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov çıxış edib.
Bir müddət öncə tədbirin 2014-cü il yanvarın 22-də keçiriləcəyinə dair xəbər yayılıb.