«Böyük-8»-lik Şimali Koreyanı mühakimə edib
11 aprel 2013 23:39 (UTC +04:00)

«Böyük-8»-lik Şimali Koreyanı mühakimə edib

«Böyük-8»-liyin xarici işlər nazirləri Londonda görüşüb.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, diplomatlar Şimali Koreyanın nüvə və raket proqramlarını mühakimə ediblər.

 

Bir müddət öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın dövlət katibi Gon Kerri ilə görüşdə bildirib ki, Şimali Koreya ilə bağlı iki ölkə arasında fikir ayrılığı yoxdur.

 

Nazirlərin qəbul etdiyi yekun sənəddə Suriyadakı silahlı qarşıdurma nəticəsində qurbanların sayının artmasından da narahtlıq ifadə olunub. Tərəflər  silahlı münaqişə baş verən bölgələrdə əhalinin cinsi zorakılığa məruz qalması ilə bağlı birgə mübarizənin aparılmasına dair hazırlıq haqda da razılığa gəliblər. 

# 401
avatar

Oxşar yazılar