Britaniyanın baş naziri Devid Kemeron «Böyük-8»-liyin Şimali İrlandiyada keçirilən zirvə toplantısında Suriya ilə bağlı məsələnin müzakirəsindən və ortaq mövqeydən danışıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, deyib ki, bu məsələyə dair əsas ziddiyyətlər aradan qaldırılıb və mövqelər razılaşdırılıb.
Onun sözlərinə əsasən, bütün tərəflər humanitar yardımın miqyasının artırılması, böhranın diplomatik yolla həllindən maksimum istifadə olunması vəd edilib.
Anlaşmada Suriyadakı rejimin başçısı Bəşar Əsədi talehi kimi mübahisəli məsələdən söz açılmayıb.
Rusiya prezidenti Vladimir Putin isə deyib ki, Suriya müxalifətinə silah verilməsi mövcud böhranı yalnız «dərinləşdirə bilər».