ABŞ İranla ikitərəfli və çox tərəfli əsasda müzakirələri aparmağa hazırdır.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu açıqlamanı Ağ Evin təmsilçisi Cey Karni verib.
«Biz iranla həm «5+1» formatında, həm də ikitərəfli əsasda müzakirələr hazırıq»-deyə, o, İranın yeni prezidenti Həsən Ruhaninin andiçməsini dəyərləndirərkən bildirib.
Karni danışıqlara başlamaq üçün İranın hərbi məqsədli nüvə proqramından imtina etməsini əsas şərt kimi qaldığını da vurğulayıb. Onun sözlərinə əsasən, belə danışıqlar BMT və ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları aradan qaldıra bilər.